Əsas səhifə          Əlaqə: (012) 465 64 78 AZ | RU | EN   
Axtarış    Şəxsi kabinet        + Elan yerləşdirin
Günlük kirayə evlər                 Kreditlə satılan evlər           Ucuz kirayə evlər (100 - 500 AZN)                             Əmlak xəbərləri
Ev Alanlara məsləhət Ev Alqı-satqısı Kirayə evlər Elanın kodu
ƏMLAK XƏBƏRLƏRİ Hamısını göstər

Tarix: 28.01.2018
Saat: 11:30:36
Bakıda sakinlərdən “ev pulu” yığılır - Bu pullar hara gedir?

Bakıda yeni tikilən binalarda kommunal xərclər o qədər çoxdur ki, sakinlər az qala öz evlərində özlərini kirayənişin kimi hiss edirlər. Çünki müxtəlif MTK-lər tərəfindən tikilən çoxmərtəbəli binalardan mənzil alanlar istifadə etdikləri qaza (əgər varsa), işığa və suya görə pul ödəməklə yanaşı, MTK-lara “ev pulu” ödənişi də etməlidirlər. 

Şəhərin mərkəzi zonalarında 30 qəpikdən hesablanan “ev pulu” bəzi binalarda hətta kvadrat metrə görə 1-1,5 manata çatır. Bu pulların necə və hara xərcləndiyini isə sakinlər bilmir. Çünki əksər MTK-lar ya bunun hesabatını aparmır, ya da bu barədə sakinlərə heç bir açıqlama vermirlər.

XeberOxu.az-ın məlumatına görə BAKU.WS xəbər verir ki, Virtualaz.org Bakının müxtəlif ünvanlarında yeni tikilən binalarda “ev pulu” ödənişləri ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, bəzi MTK-lar mənzilin kvadrat metrinə görə deyil, otaqların sayına görə “ev pulu” tələb edirlər. Aralarında insaflı çıxıb mənzilin eyvanını ümumi sahəyə aid etməyənlər də tapılır. Məsələn, “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən “RUH” MTK-da yaşayan sakinlər eyvanı çıxmaqla hər kvadratmetr mənzil sahəsinə görə 36 qəpik pul ödədiklərini deyirlər.

35 manat, 45 manat, hətta 55 manat...

Yasamal rayonu, “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşən "ANT MTK"-ya məxsus binada yaşayan sakinlər isə otaqların sayına görə hesablanan “ev pulu” ödənişi edirlər. 2 otaqlı mənzillər üçün ayda 35 manat, 3 otaqlılar üçün 45, 4 otaqlılar üçün isə ayda 55 manat mənzil haqqı müəyyənləşdirilib. Binəqədi rayonu, M. Kazımovski küçəsində yerləşən “Zaman” Elmi İstehsalat Müəssisəsinə məxsus binada isə mənzilin hər kvadrat metrinə görə hesablanan “ev pulu” 30 qəpikdir.

Xətai rayonunda yerləşən “Hidayət-N” MTK-da da isə ev pulu otaq sayına görə hesablanır. Məsələn, 3 otaqlı mənzil sahibləri 30 manat ödəniş edirlər. Metronun "Gənclik" və "Nərimanov" stansiyaları yaxınlığındakı yeni tikilən binalarda da ev pulu qiymətləri 25-50 qəpik arası dəyişir.


“500 manatdan pul yığıb özümüzə lift aldırdılar”

Nəsimi rayonu, Feyzulla Qasımzadə 4 ünvanında yaşayan Məryəm Seyidova deyir ki, yaşadıqları “Kristal A” MTK-ya məxsus çoxmərtəbəli binada onlardan hər kvadrat metrə görə 29 qəpikdən hesablanan “ev pulu” alınır. Amma bu məbləği kimin təyin etdiyi məlum deyil. Üstəgəl də, toplanan məbləğin hara xərcləndiyi bina sakinlərinə bəlli deyil.

“Bizim mənzilimiz 140 kv metrdir, buna görə MTK aylıq 40 manat ödəniş tələb edir. Amma bu pulun hara xərcləndiyindən xəbərimiz yoxdur. Normalda bu pul lift, zibillərin atılması və digər xidmətlər üçün istifadə olunmalı idi. Bizdə isə lift neçə ildir bərbad vəziyyətdədir. Bir müddət əvvəl isə yeni lift almaq üçün sakinlərdən 500 manatdan pul yığdılar. Sonra liftdən istifadə üçün adambaşına 10 manata kart da satdılar. Doğrudur, lift üçün toplanan pulu hamı vermədi. Sonra da kart sistemini ləğv elədilər və lift yenə əvvəlki kimi istifadəyə açıq oldu. Yəni kefləri istəyən qaydanı qoyurlar və onu tətbiq edirlər”, - deyə şikayətçi bildirir.

M. Seyidova deyir ki, bu 40 manatdan əlavə sakinlərdən aylıq 2 manat “domofon” pulu da toplanır. Amma cihaz keyfyyətsiz olduğundan tez-tez xarab olur. Hər xarab olanda isə sakinlərdən əlavə 10 manat toplayaraq onu təmir etdirirlər. Yəni “domofon” xidməti həmin “ev pulu”na aid deyil.

“Ev pulu birində 10 qəpik, digərində isə 1 manat olmamalıdır” - ekspert

Bəs sakinlərdən tələb olunan “ev pulu” qanunidirmi? Bu ödənişlərin necə xərcləndiyini kim izləyir? Çoxmərtəbəli binaların idarə olunması ilə bağlı mexanizm varmı? Bu ödənişlər hansı kriteriyalar, normativlər əsasında müəyyənləşdirilir? Bu suallarla bağlı daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlıya müraciət edilib.


Ekspert deyir ki, əslində yeni tikilən yaşayış binalarının idarə olunması ilə bağlı qanunvericilikdə, Mənzil Məcəlləsində konkret müddəalar nəzərdə tutulub və orada idarəetmə formaları göstərilib: “İdarəetmə formaları arasında Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətləri, kooperativlərin idarəedilməsi forması, bələdiyyələr tərəfindən idarə edilmə formaları nəzərdə tutulub. Təəssüflər olsun ki, ötən il Mənzil Məcəlləsinə dəyişiklik edildi və kooperativ binalarda yaşayan sakinlərin hüquqlarını bir qədər məhdudlaşdırıldı. Yeni qanunverdiciliyə görə, kooperativ binalarda yaşayan sakinlər evə “Çıxarış” aldıqdan sonra bu prosesi həyata keçirə bilərlər”

Lakin təyin olunan “ev pulu” məbləğinə gəlincə isə, ekspert deyir ki, bu bina sakinlərinin birgə razılığı əsasında olmalıdır. Onun sözlərinə görə, qanunvericilikdə birmənalı şəkildə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinin kommunal vəsaitləri yığılarkən mənfəət götürülməsinə qadağa qoyulub. Yəni yığılan vəsaitlər binanın saxlanmasına xərclənməlidir. Bu zaman orada çalışan ayrı-ayrı şəxslərə əmək haqqı verilə bilər, amma əsas pul binanın təmirinə, həyətin abadlaşdırılmasına və sair xərclənir. R. Osmanlı hesab edir ki, bu məbləğin dövlət tərəfindən tənzimlənməsi düzgün deyil.


“Məbləğ müəyyənləşdirilərkən mütləq şəkildə həmin binanın sakinlərinin birgə razılığı nəzərə alınmalıdır.

Bəzi kooperativlərdə rəqəmlər fantastik şəkildə 1 – 1, 5 manata qədər gedib çıxır. Bunlar kifayət qədər yüksək rəqəmlərdir. Ümumiyyətlə, məbləğ kooperativ sahiblərinin insafına bağlıdır. Amma hesab etmirəm ki, bu dövlət tərəfindən tarif siyasəti formasında tənzimlənməlidir. Çünki elə binalar var ki, onların xərcləri çoxdur. Tikinti zamanı daha keyfiyyətli, daha parametrləri böyük qurğu və avadanlıqlardan istifadə olunmaqla inşa olunub. Həmin qurğulara çəkilən xərclər də standart binalarda yerləşdirilən qurğulara çəkilən xərcdən fərqlənir. Binanın tipindən, yerləşməsindən asılı olaraq qiymət siyasətində cüzi fərqlər vermək olar. Amma bu birində kvadrat metr üçün 10 qəpik, digərində isə 1 manat olmamalıdır”, - deyə daşınmaz əmlak eksperti qeyd edir.

“Sakinlərin heç 40 faizi pul vermir” – MTK-lar da narazıdır

MTK-lar isə yığılan ödənişlərin heç xərcləri görmədiyini deyirlər. Bakının Binəqədi rayonundakı yaşayış komplekslərindən birinin komendantı adının çəkilməməsi şərti ilə virtualaz.org-a bildirib ki, “ev pulu”nu bina sakinlərinin 40 faizindən toplamaq mümkün deyil: “18 mərtəbəli binada 185 mənzil var. Bir hissəsi isə evi alıb yoxa çıxıblar, qoyduqları telefon nömrələrinə belə zəng çatmır. Hazırda binada 70-ə yaxın ailə məskunlaşıb. Onlardan yalnız 5-6 nəfər indiyə qədər olan bütün borcu ödəyib. Yerdə qalan bütün sakinlərin isə hamısının borcu var.

Hətta elə adam var yaşadığı 4 ilin ancaq 6 ayını ödəniş edib. Əslində bizdə təkcə binanın elektrik enerjisinə aylıq 800-1200 manat arası pul xərclənir. Bunun bizdə qəbzləri də var. Həyətin suvarılması üçün bizə satılan suyun hər kub metri 1 manatdan hesablanır. Yay aylarında gündə 400 kub metrə qədər su işlədirik. Liftin bir detalının düzəldilməsi orta hesabla 500-1000 manatdır. Binanın xadimələrinin və komendantın maaşına ümumilikdə 1000 manat xərclənir. İşıqların, elektrik lampalarının xərcləri də 500 manatı ötür. Əslində hesablasaq, sakinlərdən aldığımız hər kadrat metrə görə 30 qəpik bizim xərclərimizi zorla ödəyir. Hələ planlaşdırılmayan xərclər də var”, - deyə komendant bildirir.

Görünən odur ki, Bakının günü-gündən artan çoxmənzilli yaşayış binalarının idarə edilməsi mexanizmində ciddi qüsurlar var və sakinlərdən yığılan pulların necə, hara xərcləndiyinə dair suallar açıq qalır. 

Xeberoxu.az 

Baxış sayı: 398

KİRAYƏ

Yeni tikililər
1-otaqlı
2-otaqlı
3-otaqlı
4-otaqlı
5 otaq və daha çox
Köhnə tikililər
1-otaqlı
2-otaqlı
3-otaqlı
4-otaqlı
5 otaq və daha çox
Mənzillər
Həyət Evi/Villalar
Bağlar
Ofislər
Qarajlar
Torpaq
Obyektlər


Abşeron      Binəqədi      Nərimanov      Nəsimi      Nizami      Qaradağ

Sabunçu      Səbail           Suraxanı          Xətai      Xəzər       Yasamal     



Əmlak sahibindən kirayə

Vasitəçi / Rieltordan kirayə

Qazla təchiz olunmuş (kirayə) əmlak

Kombi təchiz olunmuş əmlak

Qabyuyan təchiz olunmuş əmlak

Paltaryuyan təchiz olunmuş əmlak

Kondisioner təchiz olunmuş əmlak

Duş kabina təchiz olunmuş əmlak

Cakuzi təchiz olunmuş əmlak

Dupleks (2 mərtəbə) əmlak

24 saat mühafizə olunan əmlak

Məktəbə yaxın əmlak

Baxçaya yaxın əmlak (KİRAYƏ)

Marketə yaxın əmlak

Bazara yaxın əmlak

Parka yaxın əmlak

Dənizə yaxın əmlak





PROYEKTLƏR ÜZRƏ KİRAYƏ MƏNZİLLƏR

Eksperimental daş bina

Stalinka

Leninqrad

Fransız

Minsk

Axundov

Kiyev

Daşkənt

Xruşovka

Moskovskiy
SATILIR

Yeni tikililər
1-otaqlı
2-otaqlı
3-otaqlı
4-otaqlı
5 otaq və daha çox
Köhnə tikililər
1-otaqlı
2-otaqlı
3-otaqlı
4-otaqlı
5 otaq və daha çox
Mənzillər
Həyət Evi/Villalar
Bağlar
Ofislər
Qarajlar
Torpaq
Obyektlər


Abşeron      Binəqədi      Nərimanov      Nəsimi      Nizami      Qaradağ

Sabunçu      Səbail           Suraxanı          Xətai      Xəzər       Yasamal     

HAZIR İPOTEKADA OLAN EVLƏR

Əmlak sahibindən satış

Vasitəçi / Rieltordan satış

Qazla təchiz olunmuş əmlak

Kombi təchiz olunmuş əmlak

Qabyuyan təchiz olunmuş əmlak

Paltaryuyan təchiz olunmuş əmlak

Kondisioner təchiz olunmuş əmlak

Duş kabina təchiz olunmuş əmlak

Cakuzi təchiz olunmuş əmlak

Dupleks (2 mərtəbə) əmlak

24 saat mühafizə olunan əmlak

Məktəbə yaxın əmlak

Baxçaya yaxın əmlak

Marketə yaxın əmlak

Bazara yaxın əmlak

Parka yaxın əmlak

Dənizə yaxın əmlak

Kupçalı əmlak



PROYEKTLƏR ÜZRƏ SATIŞ MƏNZİLLƏR

Eksperimental daş bina

Stalinka (Nəzərə alın ki yaxın zamanda söküləcək-pilot layihə)

Leninqrad (Köhnə tikililər arasında ən yaxşə layihə)

Fransız

Minsk

Axundov

Kiyev

Daşkənt

Xruşovka

Moskovskiy
Populyar axtarışlar
Yeni ev elanları Yeni yasamalda ev elanlari Bakida ev elanlari Kiraye ev elanlari Kirayə ev elanları Ev elanlari kiraye En son kiraye ev elanlari Dasinmaz emlak alqi satqisi Dasinmaz emlak ev alqi satqisi Dasinmaz emlak satisi Yeni tikili Dasinmaz emlakin alqi satqisi Daşinmaz əmlak alqı satqısı Menziller Ev alqi satqisi baki Ev alqi satqisi Yeni əmlak Kiraye evler Gunluk kiraye evler Ofisler Obyektler Bag evleri Bina evleri Heyet evleri Kohne tikili Qubada kiraye bag evleri Daşınmaz əmlak elanlari axtarışı Qebelede gunluk kiraye evler İsmayıllıda gundelik heyet evi Xırdalanda AAAF parkda kreditle satilan evlər Bakida kreditlə satılan evlər Ev menzil heyet evleri villa alqi satqi kiraye elanlari Masazirda kreditle satilan evler Bakida ucuz kiraye evler Ev alqı satqısı Kiraye menziller 1 2 3 4 5 otaqlı mənzillər yeni ev elanlari yeni yasamalda ev elanlari bakida ev elanlari kiraye ev elanlari kirayə ev elanları ev elanlari kiraye en son kiraye ev elanlari dasinmaz emlak alqi satqisi dasinmaz emlak ev alqi satqisi dasinmaz emlak satisi dasinmaz emlakin alqi satqisi Menziller ev alqi satqisi baki ev alqi satqisi kiraye evler daşinmaz emlak alqı satqısı yeni emlak ev elanlari
Mulkum.az - Azərbaycanda Ən boyuk ev elanlari 2018 sayti.

Azərbaycanın ən böyük ev elanlari olan mulkum.az saytına daxil olmaqla, daşınmaz əmlak bazarının ən son və ən yeni alqı-satqı və kirayə elanların tapa bilərsiniz. Burada alıcı və satıcı üçün çox rahat menyular və axtarış sistemi işləyir. Mulkum.az saytında Bakının və Azərbaycanın rayonlarında satılan mənzillər, evlər/villalar, bağlar, ofislər, qarajlar, torpaqlar, obyektlər haqqında geniş məlumat əldə edə bilərsiniz.
Abşeron, Binəqədi, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər və Yasamal rayonu üzrə axtarış verib ev elanların tapa bilersiniz.

Azərbaycanın bir cox daşınmaz emlak haqqında mulkum.az saytinda tapa bilersiniz. Azərbaycanın ən böyük ev elanlari sayti olan mulkum.az saytında Siz çox tez bir zamanda və rahat şəkildə istədiyiniz, zövqünüzə uyğun ev, mənzil, obyekt və ya başqa bir əmlakı tapa bilərsiniz. Yuxarıda yerləşən menyudan lazımlı parametrlərini seçin.

Siz mulkum.az saytinda ucuz kiraye evler-de tapa bilersiniz. Bu saytda proyektler uzre emlaklarida sece bilersiniz.

Torpaqları və əraziləri dəniz yaxin olanların secə bilərsiniz. İstifadəçilərin rahatlığı üçün hazır Kombili ve kondisionerli kiraye ve alqi satqi evlərlə tanış ola bilərsiz. Ucuz kirayə evlərə baxaraq öz seçiminizi edə bilərsiniz.
Əlaqə: (012) 465 64 78
Saytın rəhbərliyi reklam bannerlərinin və yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır.

Saytda reklam
Copyright © 2013-2018 Mulkum.Az
info@mulkum.az 
0.114